Azərbaycanda polis generalı vəfat etdi

Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin bir neçə ay əvvəl təqaüdə göndərilən rəisi, polis general-mayoru Sərvər Mehrəliyev vəfat edib.

Metbuat.az xəbər verir ki, general evində qəfildən dünyasını dəyişib.

Xatırladaq ki, fevral ayında daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR