Bakıda YUNESKO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin III toplantısı keçirilir

Bakıda YUNESKO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin III toplantısı keçirilir
10:57 4 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ Bu gün Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində YUNESKO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin III toplantısı keçirilir.
“Report”un xəbərinə görə, toplantıda çıxış edən Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov deyib ki, Bakı qonaqların xoşuna gələcək. Onun sözlərinə görə, Bakının həm müasir, həm də klassik arxitktekturası burada mədəniyyətlərin harmoniyasının olduğunu gösərir: “Azərbaycan multitukturalizm ənənələrinin məkanıdır, siviliziyaların kəsişdiyi ölkədir. Azərbaycan artıq neçənci dəfədir ki, bu tədbirə ev sahibliyi edir. Bakı dünyada mədəniyyətləarası dialoqun inkişafına öz töhvəsini verir. “Bakı prosesi” bizi narahat edən problemlərin müzakirə olunduğu bir platformaya çevrilib. Azərbaycan həmişə bu istiqamətdə iş aparıb”.
O, sonra tədbirin önəmindən danışıb.
Çıxış edən YUNSEKO-nun insan hüquqları üzrə attaşesi Liliya Çauşeva deyib ki, müzakirə olunacaq məsələlər çox əhəmiyyətlidir: “Hər birimizə fikirlərimiz çatdırmaq, müzakirələr aparmaq üçün imkan yaradılıb. Biz güclü olmalıyıq, problemlərin həllini yollarını axtarmalıyıq. Dünyanın simasının dəyişməyə çalışmalıyıq ki, hər şey daha yaxşı olsun. Bu baxımdan dialoq, qarşılıqlı anlaşma, hörmət vacib amillərdən biridir. Burada texnologiyaların inkişafı da mühüm rol oynayır”.

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/bakida-yunesko-nun-i-pek-yolu-onlayn-platformasinin-beynelxalq-sebekesinin-iii-toplantisi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR