“İDEF-2017” sərgisində Azərbaycanın 260 adda müdafiə təyinatlı məhsulu nümayiş etdiriləcək

“İDEF-2017” sərgisində Azərbaycanın 260 adda müdafiə təyinatlı məhsulu nümayiş etdiriləcək
10:57 4 May 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək “İDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdiriləcək.
Bu barədə “Report”a nazirlikdən məlumat verilib.
Bunula bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayədə heyəti Türkiyədə səfərdə olacaq.
Dörd gün davam edəcək sərgidə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 260 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.
Sərgidə dünyanın 50 ölkəsindən 300-dək şirkətin iştirakı gözlənilir.
Səfər çərçivəsində Y.Camalovun Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgiyə qatılan bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/i-def-2017-sergisinde-azerbaycanin-260-adda-mudafie-teyinatli-mehsulu-numayis-etdirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR