“Sehrli səslər” gələcək...

Mayın 4-də saat 16.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Sehrli səslər” (“Magical sounds”) musiqi və rəqs festivalı keçiriləcək.

Metbuat.az xəbər verir ki, festival əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” estrada və folklor rəqs ansamblının təşkilatçılığı ilə baş tutacaq.

Festivalda Bakının “Azəri inciləri”, Tiflisin “Basti Bubu” rəqs və musiqi kollektivləri iştirak edəcək.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Uşaq Yaradıcılıq Mərkəzi və Quba Uşaq Yaradıcılıq Mərkəzinin dəstəyi ilə keçiriləcək festivalın fəxri qonaqları Azərbaycan Respublikasının əməkdar artisti Manana Çaparidze və Gürcüstanın gənc musiqiçisi Elizabet Qabeçava olacaq.

Qeyd edək ki, “Cəngi” estrada və folklor rəqs ansamblını mərhum sənətkar Rafiq Babayev yaradıb. Siyavuş Kərimi, Səkinə İsmayılova, Brilyant Dadaşova, Firəngiz Rəhimbəyova həmin dövrdə bu ansamblın solistləri olub. 2002-ci ildən isə tarzən, əməkdar artist Mircavad Cəfərov bu kollektivə rəhbərlik edir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR