İslamiadanın əsas dəyərləri – birlik, sülh, hörmət, mükəmməllikdir

İslamiadanın əsas dəyərləri – birlik, sülh, hörmət, mükəmməllikdir
11:22 4 May 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İslam dünyasının müxtəlif bölgələrindən olan idmançıların bir araya gətirilməsi müsəlman ölkələrinin gəncləri arasında dostluq və qarşılıqlı anlayış mühitinin formalaşmasına öz töhfəsini verəcək.

Trend-in məlumatına görə, bu, Pakistanın “Pakistan in the World” jurnalında və eyni zamanda, internet səhifəsində yayımlanan “İslam Həmrəyliyi Oyunları – Bakı 2017” sərlövhəli məqalədə qeyd olunub.

Məqalədə 4-cü İslam Həmrəyliyi Oyunlarına 25 gün qalmış Oyunların təşkilatçıları ilə “İçərişəhər” Qoruğu İdarəsinin birgə təşkil etdiyi fləşmobla bağlı məlumat verilir və 200-ə yaxın könüllünün iştirak etdiyi bu aksiyanın məqsədinin Oyunlarla bağlı ictimai ab-havanı gücləndirmək olduğu qeyd olunur. Təşkilatçıların da dediyi kimi, fləşmobun İçərişəhərdə keçirilməsi təsadüf deyil. Bakının məhz bu ecazkar guşəsi Azərbaycanın memarlıq və mədəni incilərindəndir və bu vasitə ilə Azərbaycanın şərq ruhu xarici qonaqların diqqətinə çatdırılmaq istənib.

Müəllif bildirir ki, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin (AİSGOC) və İslam Həmrəyliyi İdman Federasiyasının (İSSF) verdiyi məlumata görə, 12-22 may tarixləri arasında keçiriləcək Oyunlarda Federasiyaya üzv 57 ölkənin hər birindən idmançılar iştirak edəcək:

Məqalədə həmçinin, İslam Həmrəyliyi İdman Federasiyasının Baş Katibi Feysəl Əbdüləziz əl-Nəssardan sitat gətirilir:

“İslam Həmrəyliyi Oyunları birlik və həmrəylik ruhunda keçiriləcək çoxmillətli, multikultural idman oyunlarıdır. Biz inanırıq ki, İslam dünyasının müxtəlif bölgələrindən olan idmançıların bir araya gətirilməsi müsəlman ölkələrinin gəncləri arasında dostluq və qarşılıqlı anlayış mühitinin formalaşmasına öz töhfəsini verəcək”.

Məqalədə sonra qeyd olunur ki, ilk dəfə İslam Həmrəyliyi Oyunları 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Bu il Bakıda keçiriləcək Oyunlar isə artıq sayca dördüncüdür. Bu ilki Oyunların əsas dəyərləri – Birlik, Sülh, Hörmət və Mükəmməllikdir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2749918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR