Elza Seyidcahandan EROTİK ŞEİR: “Soy əynini, of çəkərəm, mənimlə...”

Elza Seyidcahandan EROTİK ŞEİR: “Soy əynini, of çəkərəm, mənimlə...”
11:23 4 May 2017
274 Şou
Ölkə mətbuatı
A- A+

Şeir yazmaq həvəsi Əməkdar artist Elza Seyidcahan yenə cuşa gətirib.

Publika.az xəbər verir ki, müğənni instaqramda əksər oxucular tərəfindən birmənalı qarşılanmayan yeni şeirlərindən birini paylaşıb. Tez-tez izləyicilərini təəccübləndirən Əməkdar artist bu dəfə daha çox əyləncəli və erotik mövzuda yazıb. Elza Seyidcahanın sosial şəbəkədə "Məzələn" adı ilə paylaşdığı şeiri təqdim edirik:

Yorğun olanda mənimlə məzələn
soy əynini, soy ruhunu təzələn.
Ordan bura, burdan ora sərələn
Mənə de ki, dağ qoynumda təpələn
Ağuşumda körpələn,
gəldiyin yollara güllər səpərəm.
Saçlarınla dəniz kimi ləpələn
de ki, mənə
başdan ayağa səninçün qəzələm.
Yaralanaram.
De ki, de ki, nərə çəkərəm
ay çəkərəm, ox çəkərəm,
off çəkərəm, uff çəkərəm
məzələnməsəm, təzələnmərəm
Yer olmasa, vaxt olmasa,
heç olmasa
yorğun könlün xoş olmasa,
demə mənə
mən sevgimi kəsərəm.
Bil ki, canım, mən ölərəm
itərəm.
Sevgi yoxsa, arxayın ol,
gəl mənimlə məzəli-məzəli,
Məsələn,
təzələn.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/197507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR