Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi: "Ermənilərin əks təbliğatı bizi məqsədimizdən döndərə bilməz"

Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi: "Ermənilərin əks təbliğatı bizi məqsədimizdən döndərə bilməz"
11:32 4 May 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ "Polad Bülbüloğlunun YUNESKO-nun baş katibliyinə namizədliyi ilə bağlı prosedura uyğun olaraq iş aparılır". "Report"un xəbərinə görə, bunu Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov deyib.

O, xatırladıb ki, YUNESKO-nun baş katibliyinə seçkilər bu ilin oktyab ayında keçiriləcək: "Ermənistanın təxribatlarına gəldikdə, deyə bilərəm ki, biz buna öyrəşmişik. Azərbaycan hər zaman uğurlu təşəbbüs irəli sürəndə, Ermənistan çirkin kampaniyaya başlayır. Hesab edirəm ki, ermənilərin əks təbliğatı bizi məqsədimizdən döndərə bilməz. Ermənistan nəyəsə nail ola bilməyəcək".



Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycanin-yunesko-yaninda-daimi-numayendesi-ermenilerin-eks-tebligati-bizi-meqsedimizden-donder

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR