Rekord avtonom iş vaxtına malik noutbuk təqdim edilib

Rekord avtonom iş vaxtına malik noutbuk təqdim edilib
11:35 4 May 2017
Ölkə mətbuatı
A- A+

“Toshiba” şirkəti “Portege X30 Ultraportable” adlı noutbukunu satışa çıxarıb. Kompüterin ən güclü modeli qabaqcıl “Intel Core i7-7600U” prosessoru, 13,3 düymlük sensor ekran, 2 133 MHs takt tezlikli 16 QB-lıq DDR4 əməli yaddaşı və 512 QB SSD daşıyıcı ilə təchiz edilib. Yeni “Portege X30” noutbuku sifətin tanınması sistemi, barmaq izinin skaneri, “BitLocker” disklərin şifrlənməsi, smart kartları oxuma qurğusu, “Intel Authenticate” və “Trusted Platform Module” texnologiyaları daxil olmaqla əlavə təhlükəsizlik elementləri təklif edir.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Portege X30 Ultraportable” noutbukunda korpusun qalınlığı 15,9 mm-dir,  çəkisi isə 1,1 kq-dır. İstehsalçının sözlərinə görə, yeni noutbuk 18 saat avtonom işləyə bilir.

“Mil-SPEC-810G” sertifikatını almış noutbuk ekstremal temperatur, su, vibrasiya, zərbə və toza qarşı davamlıdır. “Portege X30” noutbukunda 2 ədəd “USB Type-C” və “USB 3.0” portları, HDMI konnektoru, “microSD” üçün slot var.

Standart konfiqurasiyalı “Toshiba Portege X30 Ultraportable” noutbukunun qiyməti 1449 dollardır.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47595-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR