Əfqanıstan prezidenti Paksitana səfərlə bağlı dəvətdən imtina edib

Əfqanıstan prezidenti Paksitana səfərlə bağlı dəvətdən imtina edib
11:37 4 May 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzay Pakistana səfər dəvətindən imtina edib.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bunu yerli televiziyalardan birinə müsahibəsində bildirib.
“Məzari-Şərif, Amerikanın Kabul Universiteti, Qəndahardakı terrorları törədənləri bizə təhvil verməyənədək mən Pakistana səfər etməyəcəyəm”,- deyə Əfaqnıstan prezidenti vurğulayıb.
İnformasiyaya əsasən, Əşrəf Qəni Kabulda Pakistanın nümayəndə heyəti ilə görüşdə onlardan qonşu ölkə ərazisindəki “Taliban” hərəkatı döyüşçülərinə qarşı konkret tədbirlər görüməyi tələb edib.
Məlumata görə, Pakistan tərəfi Əfqanıstan liderinin bu bəyanatına hələlik rəsmi münasibət bildirməyib. Ancaq bir müddət əvvəl rəsmi İslamabad bu il fevralın 16-da Pakistanın Sind əyalətinin Sehvan şəhərində sufi məscidində törədilən terrorun Əfqanıstan ərazisində hazırlanmasına görə ittiham etmişdi.
Qeyd edək ki, həmin terror aktı nəticəsində 88 nəfər ölmüş, 300-dən çox insan yaralanmışdı. Terrorun məsuliyyətini isə “Cəmaat-ül Əhrar” qruplaşması üzərinə götürmüşdü. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistan-prezidenti-paksitana-seferle-bagli-devetden-imtina-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR