Qripdən xilas olmaq üçün ən təbii üsul

Təbi üsullarla xəstəliklərdən xilas ola bilərsiniz. Həkimlər deyir ki, xəstəliklərdən qorunmaq üçün öncə immunitet sistemini gücləndirməlisiniz.

Metbuat.az soyuqdəymə, qrip və infeksiyalara qarşı qoruyan, həm də immun sistemini gücləndirən təbii üsulu təqdim edir.

Ehtiyac olan məhsullar:

Ağ gülxətmi çiçəyi 20 qram

Kəklikotu 20 qram

Zəncəfil 30 qram

Quşburnu bitkisi 30

Qeyd: Allergik reaksiyaları olanlar bu qarışıma dərman şahtərəsi, astma, nəfəs darlığı olanlar isə gicitkən və qarabaş otu əlavə etməlidir.

Qarışımı hazırlamaq üçün bitkilər qaynadılır, 7-8 dəqiqə saxladıqdan sonra süzülərək içilir. Uşaqlara dadlandırıcı olaraq balla vermək olar. Böyüklərdə isə şəkər xəstəliyi yoxdursa, bal əlavə etmək olar.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR