AFFA-nın Lisenziya Komissiyasının iclasının vaxtı açıqlanıb

AFFA-nın Lisenziya Komissiyasının iclasının vaxtı açıqlanıb
11:52 4 May 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ AFFA-nın inzibati binasında mayın 12-də Lisenziya Komissiyasının iclası keçiriləcək.
“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, toplantıda 2017-2018-ci il lisenziyalaşdırma mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət edən klubların ərizələrinə baxılacaq və müvafiq qərarlar qəbul olunacaq.
Qeyd edək ki, 2016-17-ci il mövsümünün yekunlarına əsasən “Qarabağ”, “Qəbələ”, “İnter” və “Zirə” komandaları avrokuboklara vəsiqə qazanıblar. I divizionda isə “Turan Tovuz”, “Səbail” və “Ağsu” mükafatçılar sırasına düşməklə elitada çxış etmək hüququ qazanıblar.  

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-nin-lisenziya-komissiyasinin-iclasinin-vaxti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR