Ər arvadını baltaladı - Ucarda dəhşətli qətl

Ər arvadını baltaladı - Ucarda dəhşətli qətl
11:57 4 May 2017
163 Ölkə
Ölkə mətbuatı
A- A+

Ucar rayonunda ər arvadını baltalayıb.

Milli.Az report-a stinadən xəbır verir ki, hadisə rayonun Qaracallı kəndi ərazisində baş verib.
Belə ki, rayonun Bağbanlı kənd sakini 1956-cı il təvəllüdlü Məhərrəm Mahmudov ailə münaqişəsi zəmnində arvadı 1966-cı il təvəllüdlü Şamama Mahmudovanın bel və baş nayihələrinə balta ilə bir neçə zərbə vurub.

Əraziyə Ucar rayon təcili yardım briqadası çağırılıb. Yaralı Ş.Mahmudova Ucar Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Xəstəxananın şöbə müdiri Şavanşır Vəzirov report-un yerli bürosuna bildirib ki, yaralının vəziyyəti ağırdır.

Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib.
Hadisəni törədən M.Mahmudov polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/541543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR