Azərbaycanlılar hücum etdi, Amerika Erməni Assambleyası tələsik FTB-yə şikayətə qaçdı

Azərbaycanlılar hücum etdi, Amerika Erməni Assambleyası tələsik FTB-yə şikayətə qaçdı
11:57 4 May 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı hakerlər ABŞ-dakı güclü erməni diaspor təşkilatı olan Amerika Erməni Assambleyasının saytına hücum edərək dağıdıb, orada Xocalı soyqırımı ilə bağlı materiallar yerləşdirib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda ABŞ-da nəşr edilən erməni qəzeti "Massis Post" yazır. Hücumu "Anti-Armenian Team" haker qrupuna daxil olan və özlərini "The Conficker" adlandıran qrup həyata keçirib. Təşkilat sayta nəzarəti bərpa etmək üçün xeyli səy göstərməli olub.

Hücumdan dərhal sonra Amerika Erməni Assambleyası təcili olaraq Federal Təhqiqatlar Bürosuna şikayət edib vəkiberhücumla bağlı araşdırılma aparılmasını, hücumu həyata keçirən Azərbaycan vətəndaşlarının müəyyən edilməsini istəyib. Təşkilat bildirib ki, bundan əvvəl azərbaycanlı hakerlər "genosid məsələlərini" araşdıran qeyri-siyasi instituta-Erməni Milli İnstitutuna da hücum ediblər. Bu institut Amerika Erməni Assambleyasının himayəsində çalışır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/541536.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR