Rusiya üçün ölümcül FM 3.0: III Dünya müharibəsi planı HAZIRLANIR

Rusiya üçün ölümcül FM 3.0: III Dünya müharibəsi planı HAZIRLANIR
12:03 4 May 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın quru qoşunlarında “Hazırlığın və əməliyyatların aparılmasının Əsasları”nın yeni redaksiyası üzərində iş gedir.

Publika.az “Warrior” nəşrinə istinadən xəbər verir ki, sənədin yeni redaksiyası zirehli tank və motorlaşdırılmış piyada birləşmələrinin tətbiqi ilə genişmiqyaslı müharibənin aparılmasını nəzərdə tutur.

ABŞ-ın hərbi doktrinası Rusiya və Çin kimi ölkələrlə hərbi qarşıdurma vəziyyətinə hesablanıb.

ABŞ ordusunun hərbi nəzəriyyəçilərinin fikrincə, Rusiya və ya Çinlə hipotetik silahlı konflikt böyük ümumqoşun və tank birləşmələrinin tətbiqi ilə genişmiqyaslı əməliyyatlara keçə bilər. “Warrior” nəşri yazır ki, “Hazırlığın və əməliyyatların aparılmasının Əsasları”nın yeni redaksiyasının hazırlanmasına zərurət də məhz buna görə yaranıb.

Sənədin adında olan FM (Field Manual-dan abreviaturadır) rus dilinə adətən “səhra nizamnaməsi” kimi tərcümə edilir. Əgər bunu oxşar Rusiya terminlərinə yaxınlaşdırsaq, sənədin adını “Hazırlığın və əməliyyatlar aparılmasının Əsasları 3.0” kimi tərcümə etmək olar. Hazırda ABŞ-ın quru qoşunlarının ən yüksək rəhbərliyi FM 3.0-ın ekspertizasını həyata keçirir. Güman edilir ki, onun nəticələri 2017-ci ilin oktyabrına kimi hazır olacaq.

“Biz “Hazırlığın və əməliyyatların aparılmasının Əsasları”nın növbəti versiyası üzərində işləyirik. Geosiyasi vəziyyət, bizim rəqiblərimizin potensial imkanları fasiləsiz dəyişir və təkmilləşir. Buna görə də biz geri qala bilmərik”, - ABŞ-ın quru qoşunlarının qərargahının rəis müavini, döyüş hazırlığı və doktrina sənədlərinin hazırlanması məsələlərinı nəzarət edən Rik Smit jurnalistlərə deyib.

Onun sözlərinə görə, yeni sənədin istehsalçıları yaxşı başa düşürlər ki, ən yaxın onilliklər ərzində üsyançı dəstələrin terror təhlükələri qalacaq. Bununla belə, FM 3.0 əsas diqqəti təyyarədaşıyanlar, hipersəsli silahlar, pilotsuz uçuş aparatları uzaq məsafəli kəşfiyyat vasitələri və yüksək dəqiqlikli silahlarla təchiz olunan təyyarələrin tətbiqi ilə texnoloji cəhətdən inkişaf etmiş rəqiblərlə qarşıdurma ayıracaq.

"Partizanlara qarşı hərəkətlər heç yerə getməyib və həmişə qalacaqlar. Ancaq biz milli dövlətlərdən eyni təhlükələrə hazır olmalıyıq”, - general Smit FM 3.0-ün məqsədini izah edib.

Rusiya və Çin gəmi əleyhinə uzaq məsafəli (Amerika mütəxəssislərinin fikrincə, bu raketlərin 900 milə qədər uçuş məsafəsi var – təxminən 1400 kilometr) və yüksək dəqiqlikli raketlərə malikdir. Bu raketlər ilk növbədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin təyyarədaşıyanlarının məhvi üçün nəzərdə tutulub. Bu, dünya okeanının konkret götürülmüş ərazilərində Amerika təyyarədaşıyanlarının döyüş hərəkətlərini əhəmiyyətli dərəcədə çətinləşdirir və onların döyüş imkanlarını kəskin aşağı salır. “Warrior” nəşrinin yazdığına görə, yeni doktrinada aydın şəkidə əks edilmişdir ki, ABŞ quru qoşunları dünyada uzun məsafəli yüksək dəqiqlikli silahlara malik olan tək ordu deyil.

2017-ci il aprelin 27-də Konqresdə dinləmələr zamanı ABŞ-ın Sakit okean donanmasının komandanı Harri Harrisin bildirdi ki, rəqiblər Birləşmiş Ştatların asimmetrik üstünlüklərinə qarşı durmaq üçün uyğunlaşıblar:

“Biz potensial rəqiblər üzərində üstünlüyümüzü təmin etmək üçün silahlı mübarizənin yeni yanaşmaları və əməliyyatların aparılması üçün yeni texnologiyaları hazırlamalıyıq. Bizə rəqib üçün ölümcül dərəcədə təhlükə olan və sürətli sistemlər lazımdır. Mövcud texnologiyaları nəzərə alaraq, belə sistemlər nisbətən ucuz olmalıdır”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR