"Eurasia Review": Ümumdünya Forum iştirakçıları Naxçıvanda mədəniyyətlərarası dialoqun ənənələri ilə tanış olacaqlar

"Eurasia Review": Ümumdünya Forum iştirakçıları Naxçıvanda mədəniyyətlərarası dialoqun ənənələri ilə tanış olacaqlar
12:12 4 May 2017
25 Ölkə
Ölkə mətbuatı
A- A+

4-6 may tarixlərində Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə IV Ümumdünya mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teysin "Eurasia Review" saytındakı məqaləsində deyilir.

Müəllif yazır ki, Forumla əlaqədar Bakıya çoxlu sayda nüfuzlu beyəlxalq nümayəndə heyəti gələcək. Forumun bağlanışından sonra qonaqlar Naxçıvan Muxtar Respublikasına da səfər etməlidirlər.

P.Teysin sözlərinə görə, Naxçıvan 20 ildən çoxdur ki, ağır iqtisadi blokada ilə üzləşməsinə baxmayaraq, bölgə rəhbərliyi tarixi və mədəni abidələrin bərpası sahəsində böyük uğurlara imza atıb.

Müəllifin fikrincə, beynəlxalq nümayəndə heyətləri Naxçıvanda Azərbaycan tarixinin nəbzini tutaraq, mədəniyyətlərarası dialoq sahəsində öz dünyagörüşlərini daha da artıracaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/541544.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR