Prosineçkiyə meydan oxudu: "İmkan verməyəcəyik"

12:17 4 May 2017
44 İdman
Ölkə mətbuatı
A- A+

"Dənizlispor"un sabiq baş məşqçisi Ali Tandoğan "Bursaspor"u çalışdırmaq arzusundadı.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis yığmamızın çalışdırıcısı Robert Prosineçkinin "Bursaspor"a keçmək ehtimalını da dəyərləndirib.

40 yaşlı futbol adamı "ağ-yaşıllar"ın uğursuz çıxışının səbəbini futbolçu heyətinin zəif olması ilə əlaqələndirib. O, komandanın yeni və güclü futbolçulara ehtiyacı olduğunu deyib.
 
Ali Tandoğan eyni zamanda Prosineçkinin "Bursaspor"a keçidinin əleyhinə olduğunu da etiraf edib: "Hazırda "Bursaspor"a Mourinyo da gəlsə, xeyri yoxdu. Bilirsiniz ki, Prosineçki "Kayserispor"dan göndərilib. Əcnəbi məşqçi məsələsinin qəti əleyhdarıyam. Əlbəttə, Prosineçki gələ bilər. Amma bu, təzyiqdən qaçmaq deməkdi. İllərdi eyni əcnəbilər gəlir. Ürəkli olmaq lazımdı, geridən biz gəlirik. İnşallah, o əcnəbilərə imkan verməyəcəyik. Türkiyə futbolunu yüksəklərə qaldıracağıq. Əcnəbi məşqçi bizim kimi gənc nəsil üçün böyük əngəldi".
 
Qeyd edək ki, bu günlərdə Mutlu Topçu ilə yollarını ayıran "Bursaspor" baş məşqçi postuna mövsümün sonuna qədər Adnan Örnəki gətirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541524.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR