Premyer Liqanın debütantları nə vaxt müəyyənləşir?

Premyer Liqanın debütantları nə vaxt müəyyənləşir?
12:17 4 May 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

Mayın 12-də AFFA-nın inzibati binasında Lisenziya Komissiyasının iclası keçiriləcək. Fanat.Az xəbər verir ki, iclas zamanı 2017-2018-ci il lisenziyalaşdırma mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş klubların ərizələrinə baxılacaq.

 

Çıxarılacaq qərarlara əsasən avrokuboklara oynayacaq komandaların adı rəsmiləşəcək. Bu hüququ qazanan “Qarabağ”, “Qəbələ”, “İnter” və “Zirə” vəsiqəsini rəsmiləşdirmək üçün müvafiq lisenziyanı almalıdı.

 

Həmçinin, Premyer Liqaya çıxış edəcək klubların da adı bəlli olacaq. I divizionun mükafatçıları “Turan Tovuz”, “Səbail” və “Ağsu”nun Premyer Liqanın debüt edib-etməməsinə də iclasda aydınlıq gələcək.

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-premyer-liqann-debutantlar-n-vaxt-muyynlir-t57861.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR