Mikayıl Cabbarov 31 yaşlı gənci prorektor təyin etdi - FOTO

Mikayıl Cabbarov 31 yaşlı gənci prorektor təyin etdi - FOTO
12:27 4 May 2017
156 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Mühəndislik Universitetinə yeni prorektor təyin olunub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Əmrə əsasən, Azər İmanquliyev universitetin xarici əlaqələr üzrə prorektoru təyin edilib. 

Qeyd edək ki,  31 yaşlı  prorektor dövlət proqramı xətti ilə Böyük Britaniyanın Kardif universitetində doktorantura təhsili alıb. Fəlsəfə doktorudur. 

O, bakalavriat təhsilini Qafqaz univeristetində alıb. Prorektor təyin olunmamışdan öncə universitetdə baş müəllim işləyib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/541553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR