"Qarabağ" və "Qəbələ": "Qızıl dubl", yoxsa ilk titul?

"Qarabağ" və "Qəbələ": "Qızıl dubl", yoxsa ilk titul?
12:27 4 May 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

Sabah Azərbaycanda futbol mövsümünə yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar əvvəlki illərlə müqayisədə daha qısa olan cari mövsümün son matçı Naxçıvanda təşkil olunacaq.

Muxtar Respublikada Azərbaycan kubokunun final matçı baş tutacaq. Həlledici görüşdə "Qarabağ"la "Qəbələ" qarşılaşacaq ki, bu əyalət təmsilçiləri mövsümdə 5-ci görüşü olacaq.
 
Premyer Liqada çempionluq uğrunda mübarizə aparan komandalar ikinci dərəcəli titulun sahibini də öz aralarında müəyyənləşdirəcək. Ardıcıl 4-cü dəfə çempionluğu bayram edən "Qarabağ" Naxçıvana "Qızıl dubl" ardınca yollanıb.
 
Qurban Qurbanovun yetirmələri son iki ildə olduğu kimi, yenə kuboku başı üzərinə qaldırsa, Azərbaycan futbolunda yeni tarix yazacaq. Əyalət təmsilçisi həm ardıcıl 3-cü dəfə kubok qazanan, həm üç mövsüm "Qızıl dubl"ları sıralayan ilk Azərbaycan komandası olacaq.
 
"Qəbələ" də Naxçıvanda ilk gerçəkləşdirmək iddiasındadı. Roman Qriqorçukun yetirmələri kuboku başı üzərinə qaldırsa, tarixində ilk titula yiyələnəcək. Düzdü, qəbələlilərin aktivində Premyer Liqaya yüksələrkən qazandığı I dəstənin çempionluğu var. Lakin yüksək səviyyəli titul baxımından ilk uğur məhz sabah qazanıla bilər.
 
Azərbaycan kuboku
Final
5 may
16:00. "Qarabağ" - "Qəbələ"
Naxçıvan. Şəhər stadionu

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR