“Neft Daşları” yatağında yeni quyu qazılır

“Neft Daşları” yatağında yeni quyu qazılır
12:32 4 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/“Neft Daşları” yatağındakı 602A nömrəli stasionar dəniz özülündən 2666 nömrəli quyunun qazma işləri davam etdirilir.
“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1620 metrdir. 
Geoloqların hesablamalarına əsasən, quyudan gündəlik 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/neft-daslari-yataginda-yeni-quyu-qazilir32146

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR