Azərbaycanda belə hakim olmayıb

Azərbaycanda belə hakim olmayıb
12:37 4 May 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

Sabiq FİFA referisi Fariz Yusifov Azərbaycan futbol tarixində yeni rekorda imza atır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 45 yaşlı hakim ölkə kubokunun finalını 4-cü dəfə idarə edəcək ilk ədalət təmsilçisi kimi tarixə düşəcək.

1992-ci ildən keçirilən yarışın 25 illik tarixində heç bir hakim həlledici matçı bu qədər idarə etməyib.
 
Sabah keçiriləcək "Qarabağ" - "Qəbələ" görüşündə fit çalacaq Yusifov artıq 3 dəfə kubokun sahibinin müəyyənləşməsinə şahid olub. 2004/05 mövsümündə "Bakı"nın "İnter" (2:1, əlavə vaxtda), 2010/11 mövsümündə "Xəzər Lənkəran"ın "İnter" (1:1, pen.4:2) üzərində qələbələrini qeydə alan referi ötən il "Qarabağ"la "Neftçi"ni finala çıxarıb. Bu dəfə də qalib 90 dəqiqədə bəlli olmayıb. Miçelin əlavə vaxtda vurduğu qol "Qarabağ"a qələbə qazandırıb.
 
Yusifovun finallarında daim əlavə vaxta ehtiyac yarandığından eyni halın təkrarlanması sabah da mümkündü.
 
Naxçıvandakı oyunadək 3 finalı olan Yusofov Xaqani Məmmədov, Vüsal Əliyev və Əliyar Ağayevlə şərikli rekorda sahib idi. Artıq bu "üçlüy"ü geridə qoyan 45 yaşlı ədalət təmsilçisi kubokun tarixinə yeni göstərici ilə düşüb.
 
Qeyd edək ki, əvvəlki 23 finalda bu 4 hakimdən başqa yalnız Tahir Süleymanov da 1-dən artıq - 2 finalda baş hakim olub. Ümumilikdə isə 23 finalı 14 hakim idarə edib. Onlardan biri əcnəbidi. Almaniyalı Manuel Qrafe 2008-ci ilin finalında fit çalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR