AZAL Dubaya yeni aksiya çərçivəsində uşaqlar üçün 90%-lik endirim təklif edir

AZAL Dubaya yeni aksiya çərçivəsində uşaqlar üçün 90%-lik endirim təklif edir
12:42 4 May 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Dubaya olan uçuşlara yeni aksiya barədə elan edir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, hər bir böyük sərnişin Bakı-Dubay-Bakı istiqamətində 2017-ci il mayın 25-dən iyunun 25-dək olan uçuşlara aviabilet aldıqda 12 yaşınadək uşaq üçün 90% endirimlə aviabilet əldə edə bilər.

Bundan əlavə, Dubaya axşam reyslərinə (J2-015/J2-016/115/116) mayın 9-dan iyunun 25-dək olan uçuşlara böyük sərnişin üçün aviabiletin ümumi qiyməti cəmi 199 avro təşkil edəcək.

Sərnişinlər hər iki aksiyanın üstünlüklərindən eyni vaxtda istifadə edə bilərlər.

Həmçinin aviabiletin qiymətinə baqajın (23 kq-a kimi) pulsuz daşınması, soyuq və isti yeməklərin tam çeşidi daxildir.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.

Sözügedən reyslərdə sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər onlayn qeydiyyatdan keçə bilər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  

(+99412) 598-88-80;

*8880.

E-mail: callcenter@azal.az

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya azalmiles@azal.az email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/541562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR