Bakıda plastik məişət tullantıları satan şəxs döyüldü - VİDEO - FOTO

Bakıda plastik məişət tullantıları satan şəxs döyüldü - VİDEO - FOTO
12:52 4 May 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda döyülmə hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi şosesində qeydə alınıb.

Belə ki, məişət tullantılarından plastik əşyalar toplayaraq satmaqla məşğul olan 1971-ci il təvəllüdlü Məmmədov Pərviz Şahvələd oğlu yolu keçərkən onun yük çantası "Mercedes" markalı minik avtomobilinə toxunub.

Bu səbəbdən də minik maşınının sürücüsü avtomobildən düşərək P.Məmmədova etirazını bildirib. Tərəflər arasındakı mübahisə dava ilə nəticələnib.
Bu zaman sürücü minik maşınındakı bellə P.Məmmədova üz nahiyəsindən xəsarət yetirib. Xəsarət almış P.Məmmədov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda plastik məişət tullantıları satan şəxs döyüldü


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/541546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR