"O aşıqlar kimdir ki, onları efirə çıxartsınlar" - Aşıq Namiq - VİDEO - FOTO

"O aşıqlar kimdir ki, onları efirə çıxartsınlar" - Aşıq Namiq - VİDEO - FOTO
12:57 4 May 2017
76 Şou
Ölkə mətbuatı
A- A+

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan aşıq Namiq maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, aşıq Namiq həmkarlarını yenə ağ yuyub qara sərdi:

"Aşıqlar da, elə müğənnilər də nə vaxt baxırsan, dönüb dolaşıb bir mahnını oxuyurlar. Əslində, pis deyil. Bir mahnını sevdirmək lazımdır. Gündə bir mahnı da çıxarmaq olmaz. Mən ortaya elə mahnılar çıxarıram ki, onu hər təbəqə başa düşür. Artıq bir albom çıxarmaq olar. Bir ildə Ruslan Səfəroğlu ilə bizim 14 mahnımız ərsəyə gəlib. Tam müasir formada, gənclərin zövqünü oxşayacaq albom yazın zamanlarda işıq üzü görəcək".

O, gününü səsyazma studiyalarında keçirən həmkarlarını da yaddan çıxartmadı:

"Səsyazma studiyasına gələndə bir saata mahnını oxuyub çıxıb gedirəm. Bizim elə müğənnilər, elə aşıqlar var ki, bir mahnını neçə aya yazıb ortaya çıxara bilmirlər. Hətta bəzən mahnın sözlərini burada yazıram, sonra da oxuyuram. Gəlirlər bura, elə bilirlər ki, halva-halva deməklə ağız şirin olacaq. Gərək özünün də bir istedadın, dəsti-xəttin olmalıdır. Gəlirlər üç günlə, beş günlə studiyadan çıxa bilmirlər. Gözləyirəm həmin müğənniləri, gedirlər, yenə gəlirlər".

Daha sonra aşıq "Ay sevgilim" mahnısının sosial şəbəkələrdə tez bir zamanda məşhurlaşmasından söz açıb:

"İstaqram-da bu mahnının bir hissəsini paylaşmışdım. Pərəstişkarlarım rəy yazıblar ki, gözləyirdik ki, siz bu mahnını oxuyasız. Namiqsevərlər bilir ki, hansı mahnı mənim səs tembrimə uyğundur. "Ay sevgilim" mahnısını bir çox sənətçilər oxuyub. Ancaq aşıqlardan heç kim oxumayıb. Gedim mən qışqırım, hündürdən oxuyum, məndə o səs yoxdur ki. Məndə bəm səs olsa da, özüməxas bir yolum var. Kiminsə yolu ilə getmirəm, öz dəsti-xəsttim var".

Onun yaradıcılığını qısqanıb dərisinə sığmayan həmkarlarından danışan aşıq Namiq iki sətir söz oxuya bilməyənləri də sərt tənqid etdi:

"Onlar edə bilmirlər. Ona görə paxıllığımı çəkirlər ki, artıq Namiq gəldi bir yox, iki yox, üç yox, dörd yox, beş mahnı birdən çıxardı. Bunu edirsə, aman günüdür. İki-üç aşıq var ki, yalnız onların üzünə kanallar açıqdır. O biri aşıqlar kimdir ki, onları kimsə efirə çıxarsın. Bir konsert olur, çağırırlar 10 nəfər aşığı. Həmin aşıqlar bir ay məşq edir, ikicə sətir söz oxuyurlar, onu da çox vaxt efirə vermirlər. Tələbələrimdən bəziləri rayondan gəlir. Bəzən qayıtmağa yolpulu belə olmur. El şənliyindən 5 manat alıramsa, onun 4 manatını aşıq sənətinin inkişafına sərf edirəm".

Aşıq Namiq sazdan düzgün istifadə etməyən həmkarlarına məsləhət verdiyini də bildirib:

"Hamısına demişəm. Deyəndə cavab verirlər ki, Namiq, biz çörəkpulumuzu qazanırıq. Sazı saz kimi çalış ifa et, yoxsa onun başıan oyun açmaq olmaz. Stolun üstə çıxıb saz çalırlar. Belə olmaz. Mən sazın imkanlarını göstərirəm. Deyirəm ki, bu musiqi alətində hər tip mahnı ifa etmək olar".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"O aşıqlar kimdir ki, onları efirə çıxartsınlar"  - Aşıq Namiq


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/541557.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR