Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azərbaycana gəlib

Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azərbaycana gəlib
13:07 4 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Tuqelbay Kazakov Azərbaycana gəlib.
Qırğızıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, nazir rəsmi açılışı mayın 5-də Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək.
Naziri qurumun beynəlxalq əməkdaşlıq bölməsinin rəhbəri və digər əməkdaşları müşayiət edir. Səfər zamanı T.Kazakov həmçinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/qirgizistanin-medeniyyet-informasiya-ve-turizm-naziri-azerbaycana-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR