Toz fırtınası Çinin şimalını, o cümlədən Pekini cənginə alıb

Toz fırtınası Çinin şimalını, o cümlədən Pekini cənginə alıb
13:07 4 May 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ Toz fırtınası Çinin şimalını, o cümlədən Pekini cənginə alıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, havada zərərli maddələrin səviyyəsi yol verilən həddən bir neçə dəfə çoxdur.
Rəsmilər sakinlərə küçədə olduqları müddəti minimuma salmağı, yaşlılara və uşaqlara isə ümumiyyətlə, evdə qalmağı tövsiyə ediblər.
Qeyd edək ki, güclü külək qonşu Monqolustandan və Çinin Daxili Monqolustan regiondan toz və qum gətirib. Görüntü səviyyəsinin pisləşməsinə görə ölkə hava limanlarında onlarla reys təxirə salınıb və ya ləğv edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/toz-firtinasi-cinin-simalini-o-cumleden-pekini-cengine-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR