Xaçmazda bir gecədə iki "bomj" özünü öldürüb

Xaçmazda bir gecədə iki "bomj" özünü öldürüb
13:15 4 May 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Xaçmaz rayonunda tüfeyli həyat tərzi keçirən iki nəfər intihar edib.

Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, mayın 4-də gecə saatlarında intihar edən Xudat şəhər sakini 56 yaşlı Abdulla Bəgiyev və Xaçmaz şəhər sakini Mahir Müslümov tüfeyli həyat tərzi keçirirmiş. Hər iki şəxsin meyiti tibbi ekspertizadan keçirilib.

Hər iki faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2750020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR