Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib

Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib
13:22 4 May 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 4-də Ağdam rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndə səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçiriblər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçiriblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/azerbaycan-ve-ermenistan-qosunlarinin-qarsidurma-xettinde-monitorinq-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR