Bir milyona kabab

Bir milyona kabab
13:23 4 May 2017
105 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasında park və meşələrdə kabab çəkmək istəyənlərə qoyulan cərimə qaldırılacaq.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, buna səbəb hər kabab səfasından sonra meşələrdə yanğın çıxmasıdır. Dəfələrlə vətəndaşlara xəbərdarlıq edilməsinə baxmayaraq, əhali qulaqardına vurur, az cərimə ödəməklə, yaxasını məsuliyyətdən qurtarır. Nəticədə dəymiş ziyan milyonlarla ölçülür. Odur ki, hökumət həmin milyonları elə “kababtirovka”ya gedən vətəndaşlardan çıxarmaq istəyir.

Təşəbbüsü Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin birinci müavini Aleksey Aleksandrov irəli sürüb. Onun sözlərinə görə, yalnız bu yolla etinasız vətəndaşların qarşısını almaq olar: “İnsanlar piknikə çox vaxt ona görə gəlirlər ki, kabab onlara ucuz başa gəlsin. Kim istəyər ki, 1 milyon rubla kabab yesin?”

Qeyd edək ki, hazırda həmin cərimə 1,5 min rubldan 3 min rubla qədərdir.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/197524.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR