ADIF əmanətlərin sığortalanma faizini sabit saxlayıb

ADIF əmanətlərin sığortalanma faizini sabit saxlayıb
13:37 4 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ Bu gün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Himayəçilər Şurasının (HŞ) iclası keçirilib.
Bu barədə “Report”a Fondun icraçı direktoru Azad Cavadov məlumat verib.
Onun sözlərinə görə, iclasda əmanətlərin sığortalanması faizinin indiki səviyyədə saxlanılmasına qərar verilib: “Hazırda banklarda manat əmanətlərinin 97%-nin illik gəlirliliyi 15%-dən, dollar əmanətlərinin isə 67%-nin illik gəlirliliyi 3%-dən aşağıdır. Əmanət faizlərində ciddi artım yoxdur, odur ki, sığortalanma faizinin indiki səviyyədə (manatla 15%, dollarla 3%) saxlanılmasına qərar verilib”.
Bundan başqa, HŞ-nın iclasında bağlanmış banklara məxsus əmlakın satılması, hərraca çıxarılması və icarəyə verilməsi ilə bağlı qaydalar da təsdiqlənib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/adif-emanetlerin-sigortalanma-faizini-sabit-saxlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR