Bakıda "Fresco" supermarketinin qarşısında iyrənc mənzərə - VİDEO

Bakıda "Fresco" supermarketinin qarşısında iyrənc mənzərə - VİDEO
13:37 4 May 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda mağazalardan birinin qarşısında xoşagəlməz mənzərə kameraya tuş gəlib. 

Milli.Az xəbər verir ki, avtomobilin baqajında mağazaya ət gətirən şəxsi oxuculardan biri çəkərək  baku.ws-in redaksiyasına göndərib.
 
Oxucu ətin "Fresco" marketi üçün gətirildiyini iddia edir.  
 
Kadrlardan da göründüyü kimi qəssab küçənin ortasında əti hissələrə bölərək marketin arabasına doldurur.
 
Heç bir sanitar qaydalara uyğun olmayan ət kəsimi kadrları "Fresco" supermarketinin qarşısında qeydə alınıb.
 
Biz də, öz növbəmizdə, məsələyə aydınlıq gətirmək məqsədilə supermarketlə əlaqə saxladıq. Supermarketdən məsələni dəqiqləşdirərək ətraflı məlumat verəcəklərini bildirdilər.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/541573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR