Türkiyə Rusiya taxılının idxalına tətbiq etdiyi rüsumu ləğv edə bilər

Türkiyə Rusiya taxılının idxalına tətbiq etdiyi rüsumu ləğv edə bilər
13:37 4 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ Türkiyə şirkətləri Rusiya taxılının rüsumsuz idxalını bərpa edə bilər. "Report"un "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib.
Xatırladaq ki, martın 15-dən etibarən Ankara Moskvanı rüsumsuz kənd təsərrüfatı məhsullarının idxalı ölkələrinin siyahısından çıxarıb.
1 yanvar 2016-cı il tarixindən Rusiya və Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Rusiya sonuncudan bir sıra kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. Mart ayında Rusiya hökuməti saqqız, duz, soğan, gül kələmi, brokkoli və mixəyin Türkiyədən tədarükünə qarşı qoyuduğu qadağanı ləvğ edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/ask/turkiye-rusiya-taxilinin-idxalina-tetbiq-etdiyi-rusumu-levg-ede-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR