​ANS-in keçmiş aparıcısı millət vəkili olacaq?

Ötən gün bəzi saytlarda aparıcı Rövşanə Ağasəfqızı deputat olmağa hazırlaşması haqda xəbərlər yayılıb.

Bununla bağlı aparıcı Metbuat.az-a danışıb. O qeyd edib ki, dedikləri yalnış anlaşılıb:

“Mən bir aparıcıyam və təəssüflər olsun ki, aparıcı olaraq sənətim tənəzzülə uğrayır. Mən daima aparıcı olaraq qalası deyiləm. Hazırda fəaliyyətimi davam etdirirəm, ancaq gün gələr artıq bununla məşğul olmaram. Aparıcılıqdan sonra həkim, yaxud da hüquqşünas ola bilmərəm. Təbii ki, öz sahəmə yaxın bir sahə ilə məşğul olmalıyam. Ancaq bu o demək deyil ki, mən indi deputatlığa namizədəm, buna hazırlaşıram. Onsuz da saytlarla qalmaqaldayam. Çünki fikirlərimi olduğu kimi təqdim etmirlər”.

Rəvan Nasiroğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR