9 yaşlı oğlanla 5 yaşlı qızı evləndirmək istədilər - İyrənc adətin qurbanı olacaqlardı - VİDEO - FOTO

9 yaşlı oğlanla 5 yaşlı qızı evləndirmək istədilər - İyrənc adətin qurbanı olacaqlardı - VİDEO - FOTO
13:42 4 May 2017
103 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanda çəkilən görüntülər dəhşətə gətirir.

Milli.Az "Mirror"a istinadla bildirir ki, görüntülərdə 5 yaşlı "gəlin" ilə 9 yaşlı "bəy"ə toy edilən zaman onların polislər tərəfindən xilas edilməsi əks olunub.

Əgər uşaqlar vaxtında xilas edilməsəydi, iki uşaq Hindistanın Mambapur vilayətindəki iyrənc adətin qurbanı olacaqlardı.

Videodan göründüyü kimi, Hindistanın ailə-məişət məsələləri üzrə departamentinin üzvləri mərasimin keçirildiyi əraziyə basqın edir və onlar gözü yaşlı qızı öz himayələrinə alırlar.

Uşaq hüquqları məsələləri üzrə məsul şəxs Açyuta Rao hadisə ilə bağlı açıqlamasında bildirib ki, həmin ailə son zamanlarda evlərindən ölü çıxdığına görə bunu ediblər. 

"Onların adətinə görə, əgər ev sakinlərindən biri ölərsə, həmin evdə xeyir iş keçirilməsə, başqa qohumlar həmin evə daxil ola bilməzlər".

Valideynlər polis tərəfindən saxlanılıb.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

9 yaşlı oğlanla 5 yaşlı qızı evləndirmək istədilər - iyrənc adətin qurbanı olacaqlardı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/541574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR