Ruslar erməniləri işlədib, pulunu vermir - GÜMRÜDƏ TƏTİL BAŞLADI

Ruslar erməniləri işlədib, pulunu vermir - GÜMRÜDƏ TƏTİL BAŞLADI
13:54 4 May 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasında tətil başlayıb. APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, bazada çalışan 100-ə qədər erməni əməkdaş maaşlarını ala bilmədiklərini bildirir.
 
Etiraz edənlər fevral, mart və aprel ayların əmək haqlarını ala bilmir. Onlar vəsaitin Moskvadan göndərildiyini, lakin paylanmadığını iddia edir.
 
Etirazçılar hərbi bazanın rəhbərliyi ilə görüşmək istəyir.
 
Xatırladaq ki, maliyyə vəsaiti Rusiyadan göndərilsə də, əməkdaşlar maaşı Ermənistan valyutası ilə alır.
 
Bundan əlavə erməni işçilərlə iki aydır əmək müqaviləsi də bağlanmır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273824

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR