Naməlum şəxslər Krım məscidində "Quran"ın nüsxələrini cırıblar

Naməlum şəxslər Krım məscidində "Quran"ın nüsxələrini cırıblar
13:57 4 May 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ Krım Müsəlmanları Ruhani İdarəsi (KMRİ) Baxçasaray şəhərində yerləşən məsciddə vandalizm aktının törədildiyi barədə məlumat yayıb. 
"Report" TASS-a istinadən xəbər verir ki, naməlum şəxslər məscidin qapısını qıraraq içəri daxil olublar. 
KMRİ-dan bildirilib ki, həmin şəxslər rəflərdən "Quran" nüsxələrini götürüblər, onları parçalayıb yandırmağa cəhd ediblər: "Amma adamların namaz qılmağa gəldiyini görüncə onlar naməlum istiqamətdə qaçıblar".
Polis vandalizm faktını təsdiqləyib, faktla bağlı cinayət işi başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/namelum-sexsler-krim-mescidinde-quran-in-nusxelerini-ciriblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR