Venesuela fəlakətə sürüklənir - FOTO

Venesuela fəlakətə sürüklənir - FOTO
14:05 4 May 2017
Ölkə mətbuatı
A- A+

Venesuelada hakimiyyətə qarşı genişmiqyaslı etiraz aksiyaları davam edir. Prezident Nikolas Maduronun istefasını tələb edənlərin sayı azalmaq əvəzinə, daha da artır.

Milli.Az NBC-yə istinadən bildirir ki, dünən Venesuelanın paytaxtı Karakasdakı nümayişdə polis motosikletinin benzin bakının alışması nəticəsində 28 yaşlı kişi diri-diri yanıb.

Daha bir şəxs ağır yanıq xəsarətləri alıb.

Nikolas Maduro isə ölkə Konstitusiyasını dəyişmək üçün Təsisat Məclisi çağırmaq niyyətindədir. Onun dediyinə görə, Məclis üzvlərinin yarısını xalq seçəcək, yarısı isə ictimai təşkilatların nümayəndələri olacaq.

Müxalifət liderlərinin dediklərinə görə, Maduro bu minvalla parlamentin səlahiyyətlərini azaltmaq, faktiki dövlət çevrilişi etmək istəyir.

Venesuela parlamentində hazırda çoxluq müxalifətə məxsusdur.

N.Maduronun təşəbbüsünü Braziliya və Argentina sərt tənqid ediblər.

Dünya bazarlarında xam neftin uczlaşması Venesuela iqtisadiyyatında fəlakətli böhran yaradıb. İnflyasiya 700 faizə çatıb, iqtisadiyyat ÜDM-nin yarısını itirib, işsizlərin və yoxsulların sayı sürətlə artır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/541479.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR