"Neftçi” klubu Elxan Abdullayevlə müqavilənin müddətini artırıb

"Neftçi” klubu Elxan Abdullayevlə müqavilənin müddətini artırıb
14:07 4 May 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ "Neftçi” klubu baş məşqçi Elxan Abdullayevlə müqavilənin müddətini artırıb.
“Report” paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssislə 3 illik razılaşma imzalanıb.
E.Abdullayev ötən il sentyabrın 14-də “Neftçi”nin baş məşqçisi təyin olunub.
Qeyd edək ki, ötən ayın əvvəlində "Neftçi" klubunun yaydığı bəyanatda E.Abdullayevin rəhbərlik etdiyi məşqçilər korpusu ilə müqavilə müddətinin daha 1 il uzadılacağı vurğulanmışdı. Lakin “Zirə” ilə XXVII tur matçında legioner limitinin pozulmasına görə alınan texniki məğlubiyyətə görə məşqçilər – Aleksandr Deriberin və İqor Getmanla müqavilə müddətinin artırılmaması ilə bağlı qərar qəbul olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-klubu-elxan-abdullayevle-muqavilenin-muddetini-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR