Bu dərmanı içənlərin NƏZƏRİNƏ!

Bu dərmanı içənlərin NƏZƏRİNƏ!
14:08 4 May 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda “Essensial® forte” dərman preaparatı ilə bağlı maraqlı fakt ortaya çıxıb.

Apteklərin birindən qeyd olunan dərmanı alan şəxs kapsulların içinin boş olduğunu görüb. İstehlakçı faktı videoya çəkərək sosial şəbəkədə paylaşıb.

“Qafqazinfo” məsələ ilə bağlı sözügedən dərman preaparatının Azərbaycana idxalı ilə məşğul olan “Sanofi” şirkəti ilə əlaqə saxlayıb. Şirkətin tibbi məsələlər üzrə məsləhətçisi Azad Əhmədov xatırladıb ki, 1 il bundan öncə də dərmanın içinin boş olması barədə xəbərlər yayılmışdı: “Biz o zaman da vəziyyəti alıcılara izah etdik. Kapsulun içi boş deyil. Onun divarlarına yapışıq şəkildə jeleyə bənzər yağlı maddə var. Sadəcə insanlar adətən kapsulların içində toz olduğunu görməyə alışdıqlarından elə bilirlər ki, “Essensial® forte” kapsulunda da toz olmalıdır. Buna görə də kapsulu açıb içini silkələyirlər və tozun dağılmadığını gördükdə boş olduğunu iddia edirlər. Ancaq kapsulu silkələmək əvəzinə onun divarlarını sıxmaq lazımdır. Bu zaman dediyim kimi, jeleyə bənzər yağlı maddə görəcəklər”.

Qeyd edək ki, “Essensial® forte” qaraciyər hüceyrələrini bərpa etmək məqsədilə istehsal olunan dərmandır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/197530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR