Ramil Usubov bir neçə rəislə bağlı ƏMR İMZALADI

Ramil Usubov bir neçə rəislə bağlı ƏMR İMZALADI
14:19 4 May 2017
128 Digər
Ölkə mətbuatı
A- A+

Daxili işlər orqanlarında yeni təyinatlar olub.
 
APA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Sultan Zeynalov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon Polis Şöbəsinin rəisi təyin olunub.
 
Nazirin digər əmri ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar idarəsinin əməkdaşı, polis polkovniki Rövşən Eyyubov Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273827

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR