Qurban Qurbanov: "Düzdü, Tokelo Rantie ilə maraqlanırıq"

Qurban Qurbanov: "Düzdü, Tokelo Rantie ilə maraqlanırıq"
14:22 4 May 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

Heyətdə bir neçə dəyişiklik etmək istəyirik.

Bu sözləri apasport.az-a "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi yay transfer dövründən maksimum yararlanmaq niyyətindədi. Çempionlar Liqasının qrup mərhələsinə düşməyi hədəfləyən "Qarabağ" bəzi mövqeləri yeni futbolçularla gücləndirməyə hazırlaşır.
 
Bu günlərdə xarici mətbuatda "Qarabağ"ın hücum xəttinə "Gənclərbirliyi"nin forvardı Tokelo Rantieni cəlb etmək istədiyi yazılmışdı. Bununla bağlı danışan Qurbanov məlumatı təsdiqləyib. O bildirib ki, CAR-dan olan hücumçu "Qarabağ"ın maraq dairəsindədi: "Rantie ilə bağlı bu gün üçün konkret söz deyə bilmərəm. Amma maraqlandığımız futbolçuların sırasındadı. Düzdü, onu diqqətdə saxlayırıq. Hücum xəttini gücləndirmək istəyirik".
 
45 yaşlı çalışdırıcısı digər mövqelərə də yeni futbolçu axtarışında olduqlarını bildirib: "Biz il ərzində 15-20 oyunçu ilə maraqlanırıq. Bəzilərinin bu cür xəbərləri çıxır, bəzilərinin isə yox. Hücumla yanaşı, müdafiə və yarımmüdafiə xətti üçün də futbolçularla maraqlanırıq".
 
Qeyd edək ki, "Qarabağ"ın gündəmində olan Tokelo Rantie Türkiyə Superliqasında 16 matçda 1, ölkə kubokunda isə 4 görüşdə 3 top vurub. 2013-cü ildən Avropada legioner həyatı yaşayan Rantie Türkiyəyə qədər İsveçdə "Malmö", İngiltərədə "Bornmut" klublarının da formasını geyinib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR