Metroda qadına sataşdı, unutmayacağı dərs aldı - VİDEO - FOTO

Metroda qadına sataşdı, unutmayacağı dərs aldı - VİDEO - FOTO
14:22 4 May 2017
130 Maraqlı
Ölkə mətbuatı
A- A+

Metro stansiyasının eskalatorunda özündən öndəki pillədə duran qadına sataşan və ona əl atan gənc oğlan ömürboyu unutmayacağı dərs alıb.

Qadın arxaya çevrilərək ona tərs şillə ilişdirib, sonra da əxlaqsız gənci sürüyərək metrodakı polisə təhvil verib.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, olay srağagün Çinin Quansi vilayətindəki Nanyin şəhərinin metropolitenində yaşanıb.

Eskalatorda gənc qadına əl atan şəxsi polis saxlayıb.

Tutulan şəxs isə günahsız olduğunu deyir: "O qadın öndə durmuşdu. Sadəcə, əlim dəydi ona. Qadın dönüb məni vurdu, sonra da sürüyüb polisə apardı".

Stansiyadakı videomüşahidə kameraları isə bu şəxsin qadına sataşdığı anları əks etdirib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Metroda qadına sataşdı, unutmayacağı dərs aldı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/541478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR