"Neftçi"nin baş məşqçisi kim olacaq? - Rəsmən açıqlandı

"Neftçi"nin baş məşqçisi kim olacaq? -   Rəsmən açıqlandı
14:37 4 May 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi” baş məşqçi Elxan Abdullayevlə müqavilənin müddətini artırıb. Fanat.Az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Klubla mütəxəssis arasında 3 illik müqavilə imzalanıb.


Xatırladaq ki, E.Abdullayevin rəhbərliyi altında "Neftçi" bu mövsüm Premyer Liqada 8 komanda arasında 7-ci yeri tutub. Mövsümün gedişatında baş məşqçi ilə azarkeşlər arasında bir neçə dəfə narazılıq yaranıb. Bəzi azarkeşlər Elxan Abdullayevi istefaya çağırıb, məşqçi isə onları "xuliqan" adlandırıb.


Azarkeşlərin komandanın uğursuz çıxışlarına etiraz etməsinə baxmayaraq, klub rəhbərliyi baş məşqçiyə dəstək olduğunu bəyan edib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquotnin-ba-mqcisi-kim-olacaq-t57864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR