"Qoca sinyora"nın "quru" seriyası: rekorda bir addım qalıb

"Qoca sinyora"nın "quru" seriyası: rekorda bir addım qalıb
14:42 4 May 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Monako"ya qalib gələn "Yuventus" (0:2) ardıcıl 6 oyunda qapısında qol görməyib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu matçlardan 5-i pley-off mərhələsinə təsadüf edib.

Belə ki, "qoca sinyora" sonuncu dəfə qrup mərhələsində "Sevilya" ilə oyunun 9-cu dəqiqəsində qola üzülmüşdü. 3:1 hesabı ilə italiyalıların xeyrinə başa çatan həmin görüşdən sonra turinlilərin qapısını "döyən" olmayıb. Bu isə 621 dəqiqəlik "quru" seriya deməkdir.
 
Maraqlıdı ki, bu 6 oyunun sadəcə 1-də qapıda Canluici Buffon olmayıb ki, həmin matçda onu Neto əvəzləyib.
 
Qeyd edək ki, "Yuventus"dan başqa cəmi 2 komanda pley-off mərhələsində ardıcıl 5 oyunda qol buraxmayıb. Bunu 2004/05 mövsümündə "Milan", 2005/06 mövsümündə isə "Arsenal" bacarıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR