Bolqarıstanın yeni baş nazirinin adı açıqlanıb

Bolqarıstanın yeni baş nazirinin adı açıqlanıb
14:42 4 May 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ Bolqarıstanın yeni Baş naziri Boyko Borisov olub.
“Report” TASS-a istinadən xəbər verir ki, o, “Bolqarıstan Vətəndaşları Avropanın İnkişafı Uğrunda” Partiyasının lideridir.
Bu il mayın 4-də ölkə parlamentində keçirilən iclasda 133 deputat onun lehinə, 100 deputat isə əleyhinə səs verib.
Xatırladaq ki, 2016-cı ilin noyabrında Bolqarıstanda keçirilən prezident seçkisində Boyko Borisov məğlub olub. Bu il martın 26-da keçirilən parlament seçkilərində isə onun partiyası qalib gəlib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bolqaristanin-yeni-bas-nazirinin-adi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR