Məşhur müğənni mənzilini satır - FOTO

Məşhur müğənni mənzilini satır - FOTO
14:52 4 May 2017
105 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur müğənnilərindən biri, əsl ad və soyadı Qordon Mettyu Tomas Samner olanq Stinq Nyu-Yorkda, Hudzon sahilindəki superlüks apartamentini satışa çıxarıb.

Milli.Az The Wall Street Journal-a istinadən bildirir ki, 15 Central Park West-də ikimərtəbəli penthausun ilkin satış qiyməti 56 milyon dollardır.

Stinq xanımı, 63 yaşlı Trudi Staylerlə bu mənzili, Mərkəzi Parkın yanındakı mənzili 2008-ci ildə 27 milyon dollara satın almışdılar. 500 m2 sahəli, iki vanna otağı olan apartament çoxmərətəbli yaşayış binasının 16 və 17-ci mərtəbələrindədir.

Stinq mənzildə təmir apararaq vitnvari pilləkənləri və qonaq otağında sobanı əlavə etmişdilər.

Apartamentin satışına səbəb Stinqin böyük ailəsidir. 65 yaşlı müğənninin 6 övladı və 4 nəvəsi var.

Stinq 16 dəfə "Grammy", 25 dəfə "American Music Awards", bir dəfə "Golden Globe" və bir dəfə "MTV Music Awards" mükafatlarını alıb, "Filmdə ən yaxşı mahnı" nominasiyasında üç dəfə "Oskar"a namizəd olub.

Müğənni Britaniya İmperiyası Ordeninin kom andoru, Fransanın İncəsənət və Ədəbiyyat Ordeni, habelə Con Kennedi adına mükafatın sahibidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/541480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR