“28 May” metrosunun yaxınlığında DƏHŞƏT: DÖYƏ-DÖYƏ ÖLDÜRDÜ

“28 May” metrosunun yaxınlığında DƏHŞƏT: DÖYƏ-DÖYƏ ÖLDÜRDÜ
14:54 4 May 2017
100 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda qətl törədilib. Lent.az xəbər verir ki, Bakı Metropoliteninin “28 May” stansiyasının yeni çıxışının yaxınlığında, Təbriz küçəsi 2 ünvanında yerləşən tikilidə Lənkəran rayonun Kərgəlan kənd sakini, 1973-cü il təvəllüdlü Əliyev Müşfiq Firdovsi oğlunun meyiti tapılıb. Onun baş nahiyəsində çoxsaylı xəsarətlər olduğu müəyyən edilib.

 

Araşdırmalar nəticəsində bəlli olub ki ki, M.Əliyevi 1965-ci il təvəllüdlü Məhərrəmov Elman Əli oğlu qətlə yetirib. E.Məhərrəmov M.Əliyevin başına küt alətlə çoxsaylı zərbələr vuraraq onu öldürdükdən sonra hadisə yerindən qaçsa da, çox keçmədən tutulub.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273825

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR