Sərnişin özü ilə yanaşı digərlərinin də həyatını təhlükəyə atdı - "BakuBus"dan çağırış - VİDEO

Sərnişin özü ilə yanaşı digərlərinin də həyatını təhlükəyə atdı - "BakuBus"dan çağırış - VİDEO
14:57 4 May 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Sərnişin işıqforda saxlayan avtobusun qapısını açaraq yolun ortasında düşüb.

"BakuBus" fəaliyyətə başladığı ilk gündən etibarən sərnişindaşıma xidmətinin daha səmərəli və effektiv həyata keçirilməsi üçün sərnişinlər arasında ictimai nəqliyyatdan istifadə zamanı təhlükəsizlik və davaranış qaydaları ilə bağlı müxtəlif maariflənirici tədbirlər həyata keçirir.

Avtobusların  salonunda isə gün ərzində bu xidmətdən istifadə edən sərnişinlərə ictimai nəqliyyatdan istifadə zamanı təhlükəsizlik və davranış qaydaları səsli olaraq çatdırılır.

Ancaq təəssüf ki, bəzi sərnişinlər hələ də bu qaydalara əməl etmək istəmir və özləri ilə yanaşı, digər sərnişinlərin də həyatını təhlükəyə atmağa davam edirlər. Aprelin 28 səhər saatlarında şəhərin mərkəzi küçələrinin birində "BakuBus" avtobusundan istifadə edən sərnişinin qaydalara zidd hərəkəti növbəti hadisələrdən biridir.

Sərnişin avtobusda öz həyatını təhlükəyə atdı

Təqdim olunan videogörüntüdə gənc oğlan avtobusun da digər nəqliyyat vasitələri kimi işıqforda saxlamasını qəbul etməyərək onun qapısını açmağa çalışır və ancaq fövqəladə hallarda sərnişinlərin təxliyə edilməsi üçün nəzərdə tutlmuş vasitədən istifadə edərək qapını açıb yolun ortasında düşür. Bu hərəkətləri ilə ictimai nəqliyyatda təhlükəsizlik qaydalarını pozan sərnişin öz həyatını təhlükəyə ataraq yolun ortasında, nəqliyyatın gur olduğu yerdə avtobusdan enməklə yolda olan digər nəqliyyat vasitələri üçün də təhlükə yaratmış olur. Təəssüf ki, onun bu hərəkətərinə etiraz etməli olan sərnişinlərdən bəziləri ona haqq qazandırmağa çalışır və hətta onun arxasınca avtobusdan düşürlər.

"BakuBus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev hadisə ilə bağlı Milli.Az-a açıqlamasında bir daha ictimai nəqliyyatdan istifadə edən sərnişinləri təhlükəsizlik qaydalarına əməl etməyə və öz həyatları ilə yanaşı, yol hərəkətinin digər iştirakçıları üçün təhlükə yaratmamağa çağırıb:

"Sərnişinlərimizdən ictimai nəqliyyatda bu cür hərəkətlərə yol verən sərnişinlərə qarşı elə yerindəcə düzgün münasibət ortaya qoymalarını, onları bu təhlükəli əməllərindən çəkindirmək üçün ictimai qınaq yaratmalarını xahiş edirik".

M.Piriyev onu da qeyd edib ki, nəqliyyat sektorunda kefiyyətli xidməti şərtləndirən əsas amil təhlükəsizlik və sərnişinlərin mənzil başına sağ-salamaq çatdırılmasıdır: "Təbii ki, xidmətin təhlükəsiz həyata keçirilməsi üçün sərnişinlərin də qaydalara əməl etmələri vacibdir".

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/541603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR