Mayda anadan olanlara Bank Respublika-dan pulsuz plastik kartı

Mayda anadan olanlara Bank Respublika-dan pulsuz plastik kartı
15:01 4 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bank Respublika 25 illiyinə həsr olunmuş daha bir kampaniyaya start verir.

Bankdan Trend-ə verilən məlumata görə, bu kampaniya çərçivəsində may ayında anadan olanlar "MasterCard Standard" və ya "Visa Classic" kartlarını pulsuz və ilkin mədaxilsiz ala biləcəklər.

Aksiyada iştirak etmək üçün banka şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra sadəcə kartı sifariş etmək lazımdır. Vaxtınıza qənaət etmək üçün kartı onlayn bankın saytından sifariş etmək mümkündür. Bundan əlavə, bank həmin müştəriyə Mobil və İnternet Şöbə xidmətlərini hədiyyə edir.

Həmçinin bank mövcud müştərilərə tamamilə pulsuz və ilkin ödənişsiz öz kartlarını bir pillə yuxarı artırmaq imkanı verir.

Bu kampaniyada "MasterCard World Elite" və "Visa Infinite" kartları istisna olmaqla, bütün digər kart növləri iştirak edir. Kampaniyanın şərtlərinə uyğun olaraq, hər bir müştəri mövcud kartını yeniləyə və ya yenisini ala bilər.

Bank Respublika 22 may 1992-ci ildən fəaliyyət göstərir və bu illər ərzində Azərbaycanın aparıcı banklarından birinə çevrilib. Cari ildə bank öz 25 illik yubileyini qeyd edir və bu münasibətlə müştəriləri bir çox sürprizlərlə bütün il boyu sevindirəcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2750071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR