Yığmamız Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Yığmamız Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
15:08 4 May 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mayın 8-də Qazaxıstanın Şimkənt şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir start götürəcək. 4 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, komandamız səfərə baş məşqçi Vaqif Kazımov və məşqçi Vüqar Məmmədovun rəhbərliyi altında 13 idmançı ilə yollanacaq. Məşqçilər korpusu Şimkəntdə Maqsud Xasmetov (46 kq), Rüfət Fətullayev (48 kq), Cəlal Qurbanov (50 kq), Əzrək Bəbirov (52 kq), Elşən Cəbizadə (54 kq), Elmir Novruzov (57 kq), Rüfət Mustafazadə (60 kq), Səlim Səlimov (63 kq), Rüfət Nəbiyev (66 kq), Cahid Qurbanov (70 kq), Amri Novruzov (75 kq), Adir Vəliyev (80 kq) və Vüqar Səmədovu (+85 kq) sınaqdan çıxaracaq.

Turnirdə Elxan Əsədov ölkəmizi hakim kimi təmsil edəcək.

Qeyd edək ki, Qazaxıstana mayın 7-də yollanacaq boksçularımız ayın 12-də Azərbaycana qayıdacaqlar.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2750076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR